Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır

Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
DÜNYA
20:41 21.11.2026
66
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma uzunmüddətli olmalıdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Mən İranla elə bir razılaşma bağlamaq niyyətindəyəm ki, hətta 4, 15 və ya 20 ildən sonra səriştəsiz bir prezidentimiz olsa belə, imzaladığım sənəd dəyişməz qalsın. Mən onlara nüvə silahına malik olmaq imkanının verilməsinə yol verməyəcəyəm", - o deyib.

Tramp həmçinin qeyd edib ki, İranda hakimiyyət dəyişikliyində maraqlı deyil.
OXŞAR XƏBƏRLƏR