Məktəbdə zərərli maddə sızıntısı olub, 40 nəfər xəstəxanaya yerləşdirilib

Məktəbdə zərərli maddə sızıntısı olub, 40 nəfər xəstəxanaya yerləşdirilib
DÜNYA
18:45 21.11.2026
62
Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun məlumatına görə, xəstəxanaya yerləşdirilənlər arasında 15-17 yaşlarında 25 yeniyetmə var.

Təhsil müəssisəsinin şagirdlərini və əməkdaşlarını təxliyə etmək üçün xilasedicilər, yanğınsöndürənlər və polis cəlb olunub. Bəzi zərərçəkənlər tibb müəssisələrinə sanitar aviasiya helikopterləri ilə çatdırılıblar.

Sızmanın səbəbi və şagirdlərlə məktəb əməkdaşlarının təsirinə məruz qaldığı maddənin növü hələlik müəyyən edilməyib.
OXŞAR XƏBƏRLƏR