"Ukraynanın NATO-ya üzvlüyü ölkə üçün ən etibarlı təhlükəsizlik zəmanəti ola bilər. Lakin alyansa qoşulmaq perspektivi müharibənin nə vaxt və hansı şərtlərlə başa çatmasından asılı olacaq".
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Zelenskiyə görə, Ukraynanın alyansa qoşulması məsələsi "İstəklilər Koalisiyası"nın iclasında, o cümlədən Fransa və digər müttəfiqlər tərəfindən qaldırılıb. Kiyev bu mövzunu ABŞ ilə də müzakirə edir, lakin hələlik heç bir konkret qərar qəbul edilməyib:
"Ukrayna üçün təhlükəsizlik zəmanəti NATO-ya üzv olmaqdır. NATO-nu gücləndirməyin ən əhəmiyyətli yolu isə Ukraynanı qəbul etmək və müttəfiqlər arasında Ukrayna ordusu kimi bir orduya sahib olmaqdır. Bu, hər iki tərəfin maraqlarına uyğundur", – deyə Ukrayna Prezidenti bildirib.











































