Nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal

Nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal
DÜNYA
09:04 21.11.2026
66
Rumıniyanın Hərbi Prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniyadan əlavə dəyər vergisi (ƏDV) ödəmədən helikopter alması ilə bağlı cinayət işini məhkəməyə göndərib. İş üzrə DİN-in Fövqəladə Hallar Departamentinin rəhbəri, nazir müavini Raed Arafat qaçaqmalçılıqda ittiham olunur.

Bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2016-cı ildə Daxili İşlər Nazirliyinə məxsus helikopter Moldovada qəzaya uğrayıb. Nazirlik və sığorta şirkəti dəymiş zərərin qəzaya uğrayan helikopterin eyni modeldən olan başqa bir vertolyotla əvəz edilməsi yolu ilə ödənilməsi barədə razılığa gəliblər.

2017-ci ildə nazirlik Böyük Britaniyadan helikopter idxal edib. Onun istismara verilməsi üçün gömrük rəsmiləşdirilməsi prosedurları tamamlanmalı və müvafiq vergilər ödənilməli idi. Lakin müstəntiqlər müəyyən ediblər ki, helikopter bu prosedurlar yerinə yetirilmədən istismar olunub. Nəticədə ƏDV-nin ödənilməməsi səbəbindən dövlət büdcəsinə 4.4 milyon ley (təxminən 880 min avro) məbləğində ziyan dəyib.

Ümumilikdə, cinayət işi üzrə 17 təqsirləndirilən şəxs və mülki məsuliyyət daşıyan üç tərəf var. Sonuncular arasında helikopterlərin texniki xidməti və təmiri ilə məşğul olan "Airbus Helicopters Romania" şirkəti, həmçinin "Omniasig" və "AON Broker de Asigurare-Reasigurare" sığorta şirkətləri yer alır.

///oxu.az
OXŞAR XƏBƏRLƏR