Rusiya helikopteri Loviysa sahillərində Finlandiyanın hava məkanını pozub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin saytındakı bəyanatında deyilir.
"Ehtimal olunur ki, Rusiya helikopteri bu gün saat 12:34-də (Bakı vaxtı ilə 14:34-də) Loviysa sahillərində 4,1 km məsafədə Finlandiyanın hava məkanını pozub", - bəyanatda bildirilir.
Finlandiyanın müdafiə naziri Antti Hakkanenin bəyanatına görə, insident müdafiə qüvvələri və sərhəd mühafizəsi tərəfindən digər qurumlarla birgə araşdırılır.











































