"Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib

"Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib
İDMAN
16:47 22.11.2026
78

Misli Premyer Liqasının XII turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.

AZXEBER.COM xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib.

Bakı komandasının heyətində Qustavo Klisman (19, 74) və Draqolyub Saviç (70) fərqləniblər Qonaqların futbolçusu Rüfət Abbasov (82) isə topu öz qapısına yollamaqla avtoqol müəllifi olub.

Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 27-ə çatdıraraq turnir cədvəlində vahid liderə çevrilib.

"Araz-Naxçıvan" isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR