Ukraynanın 5 bölgəsi işıqsız qaldı

Ukraynanın 5 bölgəsi işıqsız qaldı
DÜNYA
16:57 22.11.2026
54

Noyabrın 22-si Ukraynanın beş bölgəsində vətəndaşlar Rusiyanın hava zərbələri səbəbindən elektrik enerjisiz qalıblar. Ən çox ziyan Odessa bölgəsindəki elektrik şəbəkəsinə dəyib.

AZXEBER.COM Ukrayna Energetika Nazirliyinə istinadla xəbər verir ki, elektrik kəsintiləri Dnepr, Jitomir, Rivne, Odessa və Xarkov bölgələrində qeydə alınıb.

Təmir briqadaları elektrik enerjisini bərpa etmək üçün çalışırlar.

Vəziyyət Odessa bölgəsində ən kritik olaraq qalır. Hava zərbələri bölgədəki həyati əhəmiyyətli enerji obyektlərinə zərər vurub və mütəxəssislərin işini xeyli çətinləşdirib. Buna görə də xeyli sayda istehlakçı hələ də elektrik enerjisiz qalıb.
 

 


OXŞAR XƏBƏRLƏR