Britaniya taxtının varisi Şahzadə Uilyam taxta çıxdıqdan sonra kiçik qardaşı Harrinin, eləcə də onun övladları Arçi və Lilibetin kral titullarını ləğv etməyi planlaşdırır.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Daily Mail” qəzeti jurnalist Tom Sayksın yeni kitabına istinadən məlumat yayıb.
Məlumata görə, Uilyam şahzadə və şahzadə titullarının yalnız kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirən üzvlərində qalmasını istəyir. Bu şəxslər həmçinin maaş və pulsuz, yaxud subsidiyalı mənzillə təmin olunacaqlar.
Şahzadənin yaxınlarından birinin sözlərinə görə, kral ailəsinin digər üzvləri imtiyazlarını və onlara "Əlahəzrətləri” deyə müraciət olunması hüququnu itirə bilərlər.
Dəyişikliklər Uilyamın digər övladlarına da şamil oluna bilər. Şarlotta və Luis kral ailəsindən kənarda karyera qurmağı seçsələr, titullarından imtina etməli ola bilərlər. Lakin taxtın əsas varisi hesab olunan Corcun bu dəyişikliklərdən təsirlənməyəcəyi bildirilir.











































