"ABŞ ilə dolayı danışıqlar davam edir, diplomatiya pəncərəsi hələ də açıqdır”.
Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
O, İran və ABŞ arasında vasitəçi ölkələr vasitəsilə danışıqların davam etdiyini açıqlayıb.
Qəribabadi mümkün bütün ssenarilərə hazır olduqlarını bildirib.
Nazir müavini İranın öz maraqlarına cavab verən məqbul razılaşmaya can atmasının təbii olduğunu qeyd edib. Qəribabadinin sözlərinə görə, Tehran digər ölkələri məmnun etmək və ya razılaşma uğrunda güzəştə getmək məqsədilə danışıqlar aparmır.
///qafqazinfo











































