Aviasiya sistemində yenidən nasazlıq yarandı

Aviasiya sistemində yenidən nasazlıq yarandı
DÜNYA
23:50 22.11.2026
68
ABŞ-də "Delta Air Lines" aviaşirkətinin fəaliyyətində texniki nasazlıq baş verib.

Bu barədə "The Wall Street Journal" və "Associated Press" ABŞ Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, "Delta" şirkəti təyyarələrin kütlə və ağırlıq mərkəzinin hesablanması üçün istifadə olunan avtomatlaşdırılmış sistemdəki nasazlığı aradan qaldırmaq üzərində işləyir.

Məlumatlara görə, "Delta"nın reyslərinin 48 faizində gecikmələr qeydə alınıb. WSB-TV isə gecikmələrin 3 500 reysə təsir edə biləcəyini bildirib.
 
Qeyd edək ki, noyabrın 14-də FAA-nın telekommunikasiya sistemlərində baş verən genişmiqyaslı nasazlıq səbəbindən 15 mindən çox aviareys gecikdirilib və ya ləğv edilib. Qurum ölkə üzrə hava limanlarından uçuşlara qadağa tətbiq edib. Qadağa dörd saatdan çox davam edib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR