“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”

“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
SİYASƏT
20:50 01.12.2020
808

Nüfuzlu "Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, Kəlbəcər və nəhayət Laçın rayonlarının Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını işıqlandırıb.

Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilər üzərində nəzarətin bərpasını "tarixi qələbə” adlandırıb və həmin ərazilərin dirçəldiləcəyinə söz verib.

"Biz hər birimiz bir arzu ilə yaşamışıq, indi biz bu arzunu həyata keçirdik. Biz döyüş meydanında və siyasi arenada qələbə qazandıq”, - ölkə başçısının bu fikirləri məqalələrdə yer alıb.

Nəşr həmçinin Azərbaycanın işğal illərində dağıdılmış şəhərləri və kəndləri bərpa etmək əzmində olduğunu və bu fikrin şəxsən ölkə başçısı İlham Əliyevin dilindən dəfələrlə söyləndiyini qeyd edib.

"Associated Press” eyni zamanda üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan cəmiyyətində necə qarşılandığına da diqqət yetirib. Nəşr qeyd edib ki, Azərbaycan xalqı üçtərəfli bəyanatı qələbə kimi bayram etdiyi halda, Ermənistanda çoxsaylı iğtişaşlar və etirazlar yaşanıb.

Ermənistan tərəfinin Kəlbəcəri qaytarmaq üçün əlavə 10 gün vaxt istəməsindən sonra Azərbaycana təhvil verilən ilk rayonun Ağdam olduğuna diqqət çəkən nəşr, xalqımızın bu ərazilərə qayıtmağa, dövlətin isə bu regionları bərpa etməyə hazır olduğunu qeyd edib.

"Biz tarixi ədaləti bərpa etmişik. Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək üçün hər şeyi edəcək”, - deyə AP dövlət başçısı İlham Əliyevin fikirlərindən sitat gətirib.

Nəşrin dərc etdiyi məqalələrdə həmçinin Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin yaşadıqları evlərdə və meşələrdə yanğın törətdiklərinə də diqqət çəkilib.

Həmçinin, işğaldan azad olunan rayonlardan olan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmağa can atmasına dair fikirləri əks olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı