"Azərbaycan və Türkmənistanı bir-birinə bağlayan mühüm bağlar var" - Siyasi şərhçi

"Azərbaycan və Türkmənistanı bir-birinə bağlayan mühüm bağlar var" - Siyasi şərhçi
SİYASƏT
18:40 18.07.2025
779
Məlum olduğu kimi, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib.
 
Səfər çərçivəsində Berdiməmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
 
Görüşdən sonra onlar işğaldan azad edilmiş torpaqlara - Füzuli və Şuşaya səfər ediblər.
 
Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana və xüsusilə Qarabağa səfəri və iki ölkə arasındakı sıx və möhkəm əlaqələr nədən qaynaqlanır?
 
Mühüm görüşü şərh edən "Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan və Türkmənistanı bir-birinə bağlayan xeyli məqamlar var:

"Azərbaycan və Türkmənistan Türk dünyasının iki aparıcı ölkələrindəndir. Onları bir-birinə bağlayan çox bağlar var. Orada tarixdən gələn birgəlik, mənəvi dəyərlər, milli dəyərlərimiz, soykökümüz, dilimiz - bütün bu məsələlər hamısı iki qardaş Türk xalqına ortaq keçmişdən gələn, bu günümüzü birləşdirən və gələcəkdə də bizi bir yerdə olmağa istiqamətləndirən əsas məqamlardır. Türkmənistan Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çox önəmli məqamlarla diqqət çəkdi. Əvvəla, hər iki ölkə uzun müddət arada mübahisə yaradan və narahatlıq yaradan Kəpəz adlanan yatağın birgə işlənməsinə dair qərar qəbul edib. Düşünürəm ki, bu müzakirələrdə həmin məsələ gündəmdə olub. Düzdür, biz birgə qərar qəbul etsək də hələ bu istiqamətdə addımlar atılmayıb, yəqin ki, Azərbaycanla Türkmənistan bu məsələlərin həllinə nail olacaq. Bundan başqa, Türkmənistan qazının Azərbaycana, Azərbaycan üzərindən Türkiyəyə ixracı məsələləri çox önəmli bir məsələ kimi diqqət çəlb edir və eyni zamanda alternativ enerji mənbəyini, yaşıl enerjinin Türkmənistandan Xəzər dənizi altından Azərbaycan vasitəsi ilə Avropaya ixracı məsələsi də hər ki dövlət üçün önəmli və əhəmiyyət daşıyan məsələlər sırasındadır".
 
Analitik qeyd edib ki, bu vacib görüş hər iki ölkənin əlaqələrini yeni mərhələyə daşıyacaq:
 
"Mən hesab edirəm ki, hər iki Türk dövlətini bu ortaq maraqlarla yanaşı, bayaq qeyd etdiyimiz keçmişdən gələn tarix, milli-mənəvi dəyərlər məsələsi, soykök, dil məsələsi birləşdirir. Hər iki dövlətin liderlərinin görüşdə göstərdikləri o münasibət, qarşılıqlı olaraq çıxışlar, səslənən fikirlər, verilən bəyanatlar, isti münasibət deməyə əsas verir ki, iki qardaş dövlət və xalq arasında yeni səhifələr açılmaqdadır. İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun görüşləri Xəzər sahilində yerləşən iki türk ölkəsini, əlaqələri, münasibətləri, qarşılıqlı fikir mübadilələri hər iki ölkəni yeni mərhələyə daşımaqdadır.
 
Ümid edirəm ki, bu görüşdən sonra biz Türkmənistanı Türk dövlətləri təşkilatının həqiqi üzvü kimi, habelə Bu ölkəni Türk birliyində daha sıx və aktiv çalışmalar həyata keçirən Azərbaycanla, Türkiyəylə birgə daha uğurlu və genişmiqyaslı layihələrə imza atmasını görə biləcəyik".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər