xari

Avtoxuliqanlıq edib, sosial şəbəkədə görüntülərini paylaşan avtobus sürücüsü həbs edildi - VİDEO

SOSİAL
10:46 28.02.2021
648
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirlər davam etdirir. Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi "İsuzu-Bogdan” şəhərdaxili marşrut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Əliyev bir il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa, etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus "VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N.Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, bir il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"

22:24 14.04.2021

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

22:13 14.04.2021

Prezident: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"

22:12 14.04.2021

"Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər"

22:10 14.04.2021

Xərçəngə qarşı vaksin hazırlandı

22:06 14.04.2021

İlham Əliyev: "Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır"