xari

Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxdu

TOP4
19:49 24.11.2020
461
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvündə koronavirus aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının sözügedən güləş növü üzrə vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, yığmanının güləşçilərindən başqa, daha bir idmançının testi müsbət nəticə verib: "Həmin şəxs sparrinq-rəqibdir. Heç kim bu xəstəlikdən sığortalanmayıb. Məncə, hamı bu virusa yoluxacaq. Kim bundan necə çıxacaq, bunu gələcək göstərəcək. Güləşçilər də bu cəmiyyətin nümyəndələridir. Məşqlərə gəlib-gedirlər, ictimai nəqliyyatdan istifadə edirlər. Virusa yoluxanlar təlim-məşq toplanışından kənarlaşdırılıblar. Hər üçünün müalicəsinə başlanılıb. O qədər də qorxulu bir şey yoxdur".

Federasiya rəsmisi virusa yoluxmamaq üçün gördükləri tədbirlərdən də danışıb: "Federasiyada bu ilin martından hamıya ciddi nəzarət var. Bunun nəticəsidir ki, virusa ən az yoluxan bizim idmançılardır. Məşqə gələndə maka taxmalarına, dezinfeksiyaedici məhlullardan istfadələrinə nəzarət edirik. Amma sonrakı vaxtlarını harada keçirdiklərini bilmirik. Hər şeyə məsuliyyətlə yanaşmaq, ciddi qəbul etmək lazımdır. Bunların çoxu gənc olduqları üçün vəziyyətə ciddi yanaşmırlar. Ətrafımızda olan insanlardan dünyasını dəyişənlər oldu. Bəziləri xəstəxanalardadır. Hər gün xəstə sayı artır. Hamı təhlükəsizlik tədbirlərinə tam əməl etməlidir. Maskanı yalnız yolda polis görəndə taxmamalıdır. Qərar qəbul olunubsa, deməli, hamıya aiddir. Kim əməl edirsə, xəstəlik ondan uzaq olur".

Qeyd edək ki, daha əvvəl sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma baş verib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu

14:14 20.01.2021

Türkiyə XİN: Şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq

13:46 20.01.2021

Məktəblilər 20 Yanvar şəhidlərini belə yad etdilər - VİDEOÇARX

13:22 20.01.2021

ÜST COVID-19-un yeni mutasiyalarının yayılması ilə bağlı vəziyyəti qiymətləndirib

13:09 20.01.2021

Sabahın hava proqnozu açıqlandı

12:50 20.01.2021

Rusiyada daha 21 152 nəfər COVID-19-a yoluxub

12:49 20.01.2021

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

12:43 20.01.2021

Çavuşoğlu 20 Yanvar şəhidlərini andı: “Qərənfillər xarıbülbüllə birgə çiçəkləyir”

12:08 20.01.2021

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

12:06 20.01.2021

Koronavirusun ötürülməsinin qarşısını ala biləcək dərman tapılıb

11:53 20.01.2021

Nazir rəisi təqaüdə göndərdi

11:51 20.01.2021

Qarabağda daha bir erməni əsgərin cəsədi tapıldı: Axtarışlar dayandırıldı