Azərbaycanda nəzarətsiz məscidləri təhlükə mənbəyinə çevirən kimlərdir? - ARAŞDIRMA

Azərbaycanda nəzarətsiz məscidləri təhlükə mənbəyinə çevirən kimlərdir? -  ARAŞDIRMA
Bütün Xəbərlər
16:45 11.11.2014
2428

“Azərbaycanda 1400 dövlət qeydiyyatına alınmayan dini icma var”

“İndiyədək Dövlət Komitəsində 600-ə yaxın dini icma dövlət qeydiyyatına alınıb. Amma bu gün ölkədə 2 min civarında məscid mövcuddur. Deməli, dini icması dövlət qeydiyyatına alınmalı olan hələ xeyli məscid var”.

Bu barədə AZXEBER.COM-a Dini İşlər Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinədn verilən rəsmi açıqlamada bildirilir.

Məlumatda daha sonra qeyd olunur: “Azərbaycanda Dövlət Komitəsi bütün məscidlərdə dini icmalar yaradılmasını və dövlət qeydiyyatına alınmasını istəyir. İşimizi də məhz bu istiqamətdə qurmuşuq. Dini icmaların qeydiyyatı prosesi davam edir. Dövlət Komitəsinə daxil olan müraciətlərə baxılır və onlara müvafiq cavablar verilir”.

Bu məsələnin müəyyən qədər də olsa, görünən tərəfi. Amma bu proseslərdə məsələnin görünməyən tərəfləri də var. Hazırki situasiyada problemin görünən tərəfi görünməyən tərəfindən azlıqda qalır. Təəssüf ki...

Haqqında söz açdığımız mövzuya toxunmağımızın altında çox ciddi mətləblər yatır. Çünki son dönəmlərdə narahatlıq doğuran məsələlərin bir ucunun məhz dövlət qeydiyyatına alınmayan dini icmalara gedib çıxdığının şahidi oluruq. Bu sırada radikal cərəyanların gəncləri öz ətrafına çəkməsi, insanlar arasında qanuna zidd təbliğatlar aparılması, cihada çağırışlar edilməsi...və sair.

Əlbəttə ki, fəaliyyəti nəzarətsiz qalan istənilən təsisatda - ortamda qanundan kənar hadisələrin baş verməsi təbiidir. Adından da gorunduyu kimi, fəaliyyəti nəzarətdən, diqqətdən kənarda qalan qurumlarda qanunsuz əməllər törədiləcəyini şərh etməyə ehtiyac qalmır.

Məsələnin görünməyən tərəflərinin başqa cəhətlərinə də nəzər salaq. Ölkədə hazırda 1400 dövlət qeydiyyatına alınmayan dini icma var. Bu icmalarda olan fəaliyyət necə qurulur, bu qurumlarda insanlar arasında hansı təbliğat işləri aparılır, ora vətəndaşlar hansı yollarla cəlb olunur, bu icmaların maliyyə mənbələri haradandır, onlara kim və hansı formada rəhbər seçilir və ya təyin olunur, gördüyü işlərə hansısa səviyyədə nəzarət varmı?

Bu suallar sırasını çox daha uzatmaq olar. Amma dövlət qeydiyyatına alınmayan dini icma var dedikdə, əlbəttə ki, ağıla ilk gələn məhz bu suallar olur. Amma göründüyü kimi, suallar cavabsız, açıq qalıb. Onlara birmənalı və tam cavab tapmaq çox çətindir bu gün.

Digər çox ciddi bir məqam. Dövlət qeydiyyatına alınmayan bəzi  icmalar var ki, onlar qeydiyyata alınmaq üçün müraciət etmək belə istəmirlər. Təbii ki, bu səbəbsiz deyil. Bu mövqe isə həmin icmaların işində qaranlıq məqamların olduğunu təxmin etməyə əsas verir.

Məsələn, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaranda bəzi dini məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi məsələsinə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb. Eyni zamanda bildirilir ki, QMİ Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb.

Bəs nəzarətində olmayan məscidlər, dini icmalar???

Bu qurumlarda hansı səlahiyyətli orqanılar araşdırmalar aparacaq və yaxud aparmalıdır?

Sonda qeyd etməyi vacib hesab edirik ki, fəaliyyəti bilavasitə nəzarətdə olan məscidlərdə nəzarət mexanizmi daha effektli olur, nəinki dövlət qeydiyyatına alınmayan icmalarda. Bu da özlüyündə problemin ciddiliyini, aktuallığını gündəmə gətirir.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
22:52 23.09.2025
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb  - FOTOLAR
22:34 23.09.2025
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - FOTOLAR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan