BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Azərbaycanda qəzəbli keçmiş ərin qəddarlığı: Hamamda qadını öldürdü, sonra... - TƏFƏRRÜAT

Azərbaycanda qəzəbli keçmiş ərin qəddarlığı: Hamamda qadını öldürdü, sonra... - TƏFƏRRÜAT
SOSİAL
10:11 27.02.2020
1454
Salyanda baş verən dəhşətli cinayətin təfərrüatı məlum olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1962-ci il təvəllüdlü Ələkbər Hüseynov bir il əvvəl ayrıldığı 1970-ci il təvəllüdlü Nübubət Hüseyinovanı qətlə yetirərək, evi yandırıb.

Səhər saatlarında keçmiş həyat yoldaşının evinə gələn Ə.Hüseynov qapının bağlı olduğunu görərək, hasardan keçib və evə daxil olub. Bu vaxt hamamda olan N.Hüseynovanı orada qətlə yetirib. Daha sonra oğlu Fərhad Hüseynova məxsus olan "Jiquli” markalı maşını yandırıb. Sakitləşməyən Ə.Hüseynov evi də yandıraraq polisə gedib və təslim olub.

Qeyd edək ki, Ə.Hüseynovun toyuq ferması olub. Həyat yoldaşından ayrılsa da, onların arasında tez-tez münaqişə olub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR