18:46 Bazar Günü, 16 Iyun 2019
SOSİAL

Azərbaycanda təyyarə satılır - Sahibi kimdir? - FOTO

10:28, 04.04.20195032
Azərbaycanda təyyarə satılır - Sahibi kimdir? - FOTO
Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış qruplarında elanlar yerləşdirilib.

AZXEBER.COM xezerxeber.az-a istinadən xəbər verir ki, satışa iki ədəd "Boing-747" təyyarələri çıxarılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir.

Müsahib bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadır və o, burada, sadəcə, vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddəti başa çatıb. Belə təyyarələr, əsasən, hostel və restoran edilməsi məqsədi ilə alınır.

Müsahibin sözlərinə görə, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.

Təyyarə motorunun 15 günlük kirayəsi isə minimum 30-40 min dollara başa gəlir.

Onun sözlərinə görə, bu təcrübə dünyada da geniş yayılıb. Məsələn, Hollandiyada təyyarə oteli, İranda isə təyyarə restoranı var.

Əminağa Hacıyev deyir ki, bu təyyarələri alıb hava nəqliyyatında da istifadə etmək olar. Bu cür motorlu təyyarələrin 1 ədədinin qiyməti isə 2 milyon dollardan başlayır.
 

 

 

 


XƏBƏR LENTİ