xari

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

İQTİSADİYYAT
11:14 05.12.2020
214
"Azercell Telekom” MMC Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsilə əlaqədar öz xüsusi töhfəsini hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın lider mobil operatoru "Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.

Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı, 6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, ivi, Bookmate, Busuu kimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir. Tarifə qoşulma G9 açar sözünü 7575-ə göndərməklə və ya *750*4*09#YES şifrəsini yığmaqla mümkündür.

OXŞAR XƏBƏRLƏR