xari

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

SOSİAL
19:04 15.01.2021
240
Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

"Azəriqaz” bildirir ki, deyilənlər həqiqəti əks etdirmir: "Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Smart-kart tipli sayğacın sərfiyyatı az, mexaniki-elektron sayğacın isə sərfiyyatı çox qeydiyyata alması mümkün deyil. Bu ölçü qurğuları standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra ən müasir üsullarla test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq digər dövlət qurumları da (Azərbaycan Metrologiya İnstitutu) bu prosesə nəzarət edir”.

Qurum həmçinin bildirir ki, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ölçmə vasitələrinin (ÖV) tipinin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərar qəbul olunur: "Tipi təsdiq edilmiş ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin Dövlət Reyestrində, respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji ekspertizadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatı aparılır. Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin "Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin rəsmi internet səhifəsində yayımlanır”.

İstehsalat Birliyi qeyd edir ki, abonentlər onu da nəzərə almalıdırlar ki, soyuq günlərdə təbii qazdan istifadə artıb. Qaza olan təlabat çoxalıb: "Üstəlik, narazı qalan abonentlərin sərfiyyatında artıq göstəriciləri də COVID-19 koronavirus pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hamı - əksər ailə üzvləri evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edilib. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent soldosunu əldə edə bilər. Məsələn, bu "ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı Mərkəzinə də müraciət edib sorğu verə bilərlər. Bir sözlə, heç kimə artıq borc yazılmır, belə hal ciddi məsuliyyətdir. Bunu "Azəriqaz” İB-nin hər bir əməkdaşı yaxşı dərk edir. Bizim əsas məqsədimiz Sizə, operativ, layiqli xidmət göstərməkdir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA