BAKU AZƏRBAYCAN
8°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Bakıda əməliyyat - 26 nəfər saxlanıldı

SOSİAL
11:29 22.02.2020
3547
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 34 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 7, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR