xari

Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

SOSİAL
10:31 07.03.2021
1020
Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

"Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

OXŞAR XƏBƏRLƏR