xari

Bakıdan İrəvana uçan təyyarənin içi boş çıxdı - erməni terrorçular qaytarılmadı

SİYASƏT
23:47 08.04.2021
1782
Erməni "hərbi əsirləri" gətirdiyi deyilən təyyarə Bakıdan İrəvana boş gəlib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. 

Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradov təyyarədə tək olub.

Bundan əvvəl baş nazirin mətbuat katibi Mane Gevorkyan fastor.am-a açıqlamasında bir qrup "hərbi əsir”in qaytarıldığı barədə xəbəri təsdiqləmişdi. "Azatutsyun” radiosu və İctimai Televiziya isə "Erebuni” aeroportundan canlı yayım veriblər. Bu zaman "əsir”lərin yaxınlarının hava limanına toplaşdığı aydın olub. Daha sonra məlumat yayılıb ki, təyyarə boş enib və ardınca canlı yayım dayandırılıb.

Ermənistan mediası rəsmi məlumat ala bilməyib. Bildirilir ki, səlahiyyətli şəxslər telefon zənglərini cavablandırmır.

Daha sonra Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib:

"Bu gün Rusiya Baş prokurorunun vasitəçiliyi ilə erməni əsirləri geri qaytarma cəhdimiz alınmadı. Azərbaycan tərəfi onları yenə də geri qaytarmadı". 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə görüşdə də Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların – onları "hərbi əsir” adlandırdı – azad olunması zərurətindən bəhs etmişdi və Putindən kömək istəmişdi. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hərbi əsirlər son nəfərinədək İrəvana qaytarılıb, saxlanılanlar 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazisinə keçən və Qarabağda cinayət törədən terrorçulardır.

OXŞAR XƏBƏRLƏR