“Bandotdel”dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO

“Bandotdel”dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO
KRİMİNAL
18:02 11.01.2021
3492
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

DİN-dən verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub. Onun evində axtarış aparılan zaman 9 kiloqrama yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə olan marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd "Mauzer” markalı tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub. Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş TOZ markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 ədəd "Marqolin” konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb. Onun üzərindən bir ədəd "Makarov” markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib. Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Naqan” tipli tapança aşkar edilib.

İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər - Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar. Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
17:25 17.06.2026
AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb
17:09 17.06.2026
Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq
17:00 17.06.2026
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq
Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
16:59 17.06.2026
Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
Milli Məclisdə psixiatriya yardımı haqqında qanuna dəyişiklik müzakirə olundu - FOTOLAR
16:58 17.06.2026
Milli Məclisdə psixiatriya yardımı haqqında qanuna dəyişiklik müzakirə olundu - FOTOLAR
51 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı
16:55 17.06.2026
51 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı
TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı
16:54 17.06.2026
TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
16:47 17.06.2026
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz
16:41 17.06.2026
İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
16:29 17.06.2026
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
"Sabah"ın rəqibləri bəlli oldu
16:21 17.06.2026
"Sabah"ın rəqibləri bəlli oldu
Məşhur aktyor ürəyindən əməliyyat oldu
16:15 17.06.2026
Məşhur aktyor ürəyindən əməliyyat oldu
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
16:04 17.06.2026
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
16:00 17.06.2026
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
Avtomobil idxalında kəskin azalma: Maşın bazarını nə gözləyir?
15:58 17.06.2026
Avtomobil idxalında kəskin azalma: Maşın bazarını nə gözləyir?
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü - VİDEO
15:55 17.06.2026
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü - VİDEO