“Çox demişəm ki, bu yoldan əl çəksinlər”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq artisti Bilal Əliyev, Rəmişin “şou-biznesin 99%-i narkotik istifadəçisidir” iddiasına münasibət bildirərkən belə deyib. B.Əliyev əvvəllər narkoman müğənnilərdən bəzilərini tanıdığını, amma onların artıq bu dünyadan köçdüklərini bildirib:
“Mən yeddi dəfə Həcc ziyarətində olmuşam. Ona görə, gözümlə görmədiyimi deyə bilərəm. Mənim gözümlə gördüyüm narkoman müğənnilər olub. Çox demişəm ki, bu yoldan əl çəksinlər. Amma onların demək olar ki, hamısı bu dünyadan köçüblər. İndi isə Azərbaycan şou-biznesində kimin narkoman olub-olmamasını deyə bilmərəm. Amma onu arzu edərəm ki, Allah heç kimin ağlını başından alıb bu yola düşürməsin. Mən şəxsən narkoman insanlara nifrət edirəm. Ona görə çalışıram ki, onlardan aralı gəzim”.
Xatırladaq ki, son günlər bəzi KİV-lərdə Mətanət İsgəndərlinin də narkoman olması ilə bağlı xəbərlər yayılıb. Müğənni isə, bu iddianı yayan mətbuat orqanını məhkəməyə verib.
AZXEBER.COM