BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

AQTA "Bizim market"də 12 tondan çox saxta kərə yağı aşkarlayıb

AQTA
SOSİAL
16:12 16.01.2020
10102

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən "Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

AQTA-dan AZXEBER.COM-a verilən xəbərə görə, yoxlama zamanı marketlərdə "Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod "Foodini” MMC tərəfindən ölkəyə idxal olunan "Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.

"Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının "Luninec” ASC olması qeyd edilib. Belarusun "Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin "Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

 

Məlum olub ki, "Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə "Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi "SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı ("İdxalçı müəssisənin adı və ünvanı”, "göndərən müəssisənin adı və ünvanı”, "mənşə ölkəsi”, "yüklənmə yeri”, "istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.

Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. "Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.

 

21:53

"Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyət satışdan çıxarılan saxta kərə yağları ilə bağlı açıqlama yayıb.  


Şirkətdən AZXEBER.COM-a bildirilib ki, sözügedən hadisə ilə bağlı "Bizim Market” də aldadılıb:  


"Bizim Market” MMC qeyd olunan yağı rəsmi qaydada "SN Qida Təhcizat” MMC-dən alıb və buna görə istehsalçı "Bizim Market”ə AQTA-nın sertifikatını təqdim edib.  


Araşdırmalar zamanı məlum olub ki, "SN Qida Təhcizat” MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb. Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə yoxdur. Bunun üçün çox yaxşı olardi ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsin.  


Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin. Çünki heç bir supermarketin labaratoriyası yoxdur ki, aldığı hər bir məhsulu labaratoriyada yoxlayıb alsın. Buna görə "Bizim Market” MMC özü də baş verən hadisədə zərərçəkən tərəfdir. Çünki qeyd olunan məhsullara görə təhcizatçıya ödəniş edib”.



 

OXŞAR XƏBƏRLƏR