xari

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

SOSİAL
23:55 04.12.2020
494
YAP Gəncə şəhər təşkilatının və "İslahatçı gənclər” İctimai Birliyinin və AZXEBER.COM imformasiya portalının birgə təşkilatçılığı ilə "Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı videokonfrans keçirilib.

AZXEBER.COM xəbər verir ki, videokonfransda Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Jalə Əliyeva, Müşfiq Cəfərov, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin baş koordinatoru Aygün Əliyeva, "Dünya Azərbaycanlıları” İctimai Birliyinin sədri Nazim Şükürlü, Türkiyəli jirnalist Mevlut Yüksəl, Azxeber.com İnformasiya Portalının baş direktoru Əfsələddin Ağalarov və baş redaktoru Hacıbəy Heydərli, Polşa Azərbaycan Evinin direktoru Lalə Zeynalova və gənclər iştirak ediblər.

Görüşdə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev videokonfransı açaraq, Böyük Qələbəyə aparan əsas amilin güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olduğunu qeyd edib:”Son 17 ildə Azərbaycan iqtisadi cəhətdən gücləndi, beynəlxalq arenada mövqeyini möhkəmləndirdi və bu müharibədə özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı”.

Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov erməni vandallarına qarşı 44 günlük mübarizə xalqımızın nə qədər qəhrəman olduğunu, vətənpərvər və cəsur gənclərə sahib olduğunu bir daha dünyaya göstərdiyini qeyd etdi.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə bu gün hər bir azərbaycanlının ən vacib arzusunun Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun yerinə yetdiyini, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad edildiyini diqqətə çatdırdı:” Elə bir tədbir göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycanındır!”

Videokonfransda dar gündə də, xoş gündə də ilk andan Azərbaycanın yanında olan qardaş Türkiyənin jurnalisti Mövlud Yüksəlin dilindən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixinə səyahət edilib. Azərbaycan xalqının 44 günlük mübarizəsinin nadir Zəfər olduğunu qeyd edən Mövlud Yüksəl bu zəfərin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Videokonfransda çıxış edənlər 44 günlük hərbi əməliyyatlar dövründə siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının milli birlik nümayiş etdirdiyini diqqətə çatdırdı və şəhidlərimizin ruhu qarşısında baş əydiklərini qeyd etdilər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:28 15.01.2021

Azərbaycan XİN:" Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı