xari

Ceyhun Bayramov: “Vətən müharibəsində Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq”

SİYASƏT
21:52 23.02.2021
250
"Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir və etməkdədir. Və dövlət başçılarımızın bilavasitə iştirakı ilə münasibətlər günbəgün inkişaf edir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə bütün sahələrdə Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq.

"Bu dəstək bizə əlavə güc və ruh yüksəkliyi verirdi. Hesab edirik ki, Azərbaycan-Türkiyə birliyi bu gün ən yüksək səviyyədədir. Biz böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdik ki, Üçtərəfli bəyanat əsasında imzalanan və regionda yeni təhlükəsizlik formatı müəyyən edilib”.
 
///Report

OXŞAR XƏBƏRLƏR