BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başladı

Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt
SOSİAL
17:02 28.02.2020
2141
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus "Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başlayıb.

ASCO-dan AZXEBER.COM-a verilən məlumata görə, (050) 274 30 82 nömrəli "Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb.

Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

Qeyd edək ki, ASCO-da "Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.

OXŞAR XƏBƏRLƏR