04:07 Bazar Günü, 22 Sentyabr 2019
SİYASƏT

Daha bir şəxs AXCP-dən getdi: Əli Kərimlini ittiham etdi

12:36, 06.09.20193335
Daha bir şəxs AXCP-dən getdi: Əli Kərimlini ittiham etdi

AXCP üzvü Namiq Sadıqlı partiyadan istefa verib.

AZXEBER.COM-un məlumatına görə, patriyadan çıxma səbəbini açıqlayan N.Sadıqlı Facebook sosial şəbəkəsində AXCP-yə qarşı bir çox sərt ittihamlar səsləndirib.

N.Sadıqlı yazır: "Dostlar, çox düşündükdən sonra Əli Kərimlinin özəl, şəxsi partiyasından İstefa addımını atdım. Bir neçə səbəbləri yazacam ki, cəbhədə qalan hörmətimi saxlayan və dəyər verdiyim kifayət qədər cəbhəçi dostlarım məndən inciməsinlər. Əksinə bu addımı əvvəldən atmışdım, bəlkə düzələr deyə gözləyridim. Səbəbləri ən azı 12 bənd olaraq göstərirəm”.

Partiya üzvü daha sonra AXCP-dən çıxma səbəbini 12 bənd olaraq sıralayıb:

"1.Siyasi rəqiblərinə qarşı öz əlaltıları vasitəsilə iyrənc söyüşlü kampaniya apardığını qəbul edə bilmədiyim üçün

2. Azad, fərqli düşüncəli, onu tərifləməyən, tənqid edənlərə hücum etdiyi üçün

3. Özündə güc tapıb son həbs edilən, hakimiyyəti sərt tənqid edən siyasi məhbus Elvin İsayevə nəinki dəstək, əksinə ona dəstək verən üzvlərə trol hücumu etdirdiyi üçün

4. Özünü "demokrat lider” adlandırıb, əksinə diktatorluğa daha çox meyil göstərdiyi üçün

5. Neçə illərdir 50-dən çox pariya sədrindən heç birinin adını çəkərək birliyə çağırmadığı üçün

6. Neçə illərdir hakimiyyəti dəyişmək deyil, yalnız ana müxalifət kürsüsünü qoruyub saxladığı və təkkəbbürlükdən əl çəkmədiyi üçün

7. Hər üç aydan bir 2 saatlıq mitinq keçirməklə işini bitmiş hesab etmək, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla özünə müəyyən dvident qazanmağı xoşladığı üçün

8. Şəxsinə yazdığım məktublarımı oxuyaraq, cavab verməməklə hörmətsizlik etdiyini gördüyüm üçün

9. Yeni nəfəs, yeni siyasi simalar ortaya çıxan kimi onlara qarşı "hakimiyətə işləyirsən” damğası vurmaq, cəmiyyətdə gözdən salmaq üçün sosial şəbəkələr üzərindən min cür qarayaxmalar hazırladığı üçün

10. Dildə demokratiyadan danışan bu şəxs "mənim yanımda deyilsənsə, bizdən deyilsən” deməklə yalnız tərifləri qəbul edib, tənqid edənləri agent adlandırdığı üçün

11.”Elçi TV youtube kanalı” vasitəsilə Əli Kərimliylə yanaşı digər siyasi xadimlərin video çıxışlarını yayınladığımı həzm edə bilmədiyi üçün

12.Daha nə yazım, dostlar, çox gözlədim ki, özünü lider kimi cəmiyyətə məcburi sırımaq istəyən bu partiya sədri bəlkə düzələr, bəlkə hakimiyyətə gəlmək üçün siyasi mübarizə adamlarıyla isti münasibətlər qurub birləşməyə başlayar, əksinə yanıldığımı tam olaraq hiss elədiyim üçün istefa verdim”.

XƏBƏR LENTİ