Düşmənin atdığı daha bir “Smerç” Tərtərin Düyərli kəndinə düşüb

SOSİAL
12:07 27.10.2020
285

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşinə tutub.

Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, düşmən tərəfindən atılan "Smerç” raketi rayonun Düyərli kəndi ərazinə düşüb. Kənd sakini Əvəz Həsənovun həyətinə düşən mərmi xoşbəxtlikdən partlamayıb.




OXŞAR XƏBƏRLƏR