“Düşünürəm ki, barışıq mümkündür”

“Düşünürəm ki, barışıq mümkündür”
SİYASƏT
10:48 27.10.2020
1181
"Bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük”. 

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib. 

Dövlət başçısı qeyd edib ki, bizim mövqeyimiz bundan ibarətdir: "Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO