Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR

Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
SOSİAL
17:16 12.11.2026
34
Bişkekdə səfirliyimiz tərəfindən  Qırğızıstan-Türkiyə Manas Universitetində "8 noyabr-Zəfər Günü”nün 6-cı ildönümünə həsr olunmuş konfrans və rəsmi qəbul keçirilmişdir. Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəyə həsr olunmuş video-materiallar təqdim edilmişdir. 

Tədbiri Universitetin rektoru Alpaslan Ceylan açaraq "8 Noyabr-Zəfər Günü” münasibətilə Azərbaycan xalqına təbrikini çatdırmış və 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin bütün türk dünyasının ümumi qələbəsi olduğunu və məhz bu səbəbdən də bu tədbirin Manas Universitetində keçirildiyini söyləmişdir.

Tədbirdə səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan xalqı üçün "8 Noyabr-Zəfər Günü”nün  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfərini təcəssüm etdirən əlamətdar bir gün olduğunu bildirmiş və bu tarixin 30 illik işğaldan sonra öz ərazilərini işğaldan azad edən Azərbaycan xalqının cəsarətinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin rəmzi kimi ölkənin tarixinə əbədi həkk olunduğunu söyləmişdir. Səfir tədbir iştirakçılarına Vətən müharibəsi, müharibədən sonrakı dövr, işğaldan azad edilmiş ərazilərin bərpa prosesinin gedişatı, eləcə də regionda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat vermişdir. O, çıxışında Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində tikinti işlərin gedişi, azad olunmuş ərazilərdə mina təhlükəsi, mina təmizləmə prosesi və Böyük Qayıdış Proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır. O, bildirmişdir ki, Böyük Qayıdış Proqramı çərçivəsində artıq 100 min azərbaycanlı öz doğma torpaqlarına-Qarabağa qayıdıb. Səfir azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərində göstərilən qardaşlıq köməyinə görə qardaş Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyə xalqının nümayəndələrinə təşəkkürünü bildirmiş və bu dəstəyin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulamışdır.

Səfir bildirmişdir ki, Prezident İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən andiçmə mərasimində "Biz öz tarixi torpaqlarımızı azad edəcəyik” – deyə qətiyyətlə söz vermiş və 17 il ərzində Azərbaycanı bir çox sahələrdə ehtiyac içində olan ölkədən güclü iqtisadiyyata və dünyanın ən güclü ordularından biri hesab olunan müasir orduya malıkdövlətə çevirərək, xalqın həqiqi liderinə xas siyasi iradə və strateji baxış nümayiş etdirmişdir.  O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar mahiyyət etibarilə, yalnız münaqişənin dondurulmasına xidmət etmiş, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi isə illər boyu nəticəsiz müzakirələrin predmeti olaraq qalmış və beynəlxalq hüququn prinsip və normaları 30 il ərzində davamlı şəkildə pozulmuşdur. Nəticədə Azərbaycanın işğal altında olan tarixi torpaqlarını Azərbaycan xalqının özü, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun qalib ordusu azad etmişdir.  

Sonra Türkiyə Respublikasının QR-dəki səfiri Mekin Mustafa Kemal Okem, Özbəkistan Respublikasının QR-dəki səfiri Səidikram Niyazxocayev, Qırğızıstan Parlamentinin Azərbaycan Respublikası ilə əməkdaşlıq qrupunun rəhbəri AysarakanAbdibayeva  və Qırğızıstan Parlamentinin sabiq sədri Medetxan Şerimkulov  çıxış edərək 44 günlük Vətən müharibəsində qələbənin  ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etmişlər. Türkiyənin səfiri təbrik çıxışını "Yaşasın Azərbaycan və Türkiyə dostluğu!” şüarı ilə bitirmişdir.

Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri və "Manas” Universitetinin musiqi kollektivinin ifasında Azərbaycan mahnılarından ibarət konsert proqramını təqdim edilmişdir. Bayram tədbirində Qırğızıstanın elm və mədəniyyət xadimləri Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
15:46 12.11.2026
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
15:38 12.11.2026
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi