Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı

Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
SOSİAL
14:52 12.11.2026
75
5 noyabrda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.

Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən bu ilin 28 sentyabrında azad olunmuşdu. O, bu vəzifəni 2014-cü ildən icra edirdi.

12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi. Yeni təyinatdan cəmi 23 gün sonra nümayəndəlik ləğv olundu.

Abbas Muxtarzadə 26 dekabr 1989-cu ildə Bakıda anadan olub, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb.

O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi olub.
OXŞAR XƏBƏRLƏR