Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear” kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər.
AZXEBER.COM xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub.
Açılış mərasimində "Galvier Menswear”ın təsisçisi Nurlan Əhmədov çıxış edərək mağazanın konsepsiyası, xidmət keyfiyyəti və gələcək planları barədə ətraflı məlumat verib.
Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev yeni mağazanın fəaliyyətə başlaması münasibəti ilə Nurlan Əhmədovu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
























































