xari

Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanladı

SİYASƏT
19:59 02.12.2020
371

Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olundu, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edildi. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov xarici həmkarlarına yeni müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanın faktiki kapitulyasiyası və bununla qalan torpaqlarımızı siyasi yolla qaytarmağa məcbur olması qeyd edilərək, düşmənin işğal dövründə ərazilərimizdə törətdiyi vəhşiliklərə, beynəlxalq humanitar hüquqa zidd digər qanunsuz əməllərinə diqqət cəlb olunub.

Həmçinin bildirilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynamış və Zəfər yürüşündə Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymamağın, təcavüzkar siyasətini davam etdirməyin və özgə torpaqlarını işğalda saxlamağın daha mümkünsüz olduğunu dərk edərək öz məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb.

44 gün sürən hərbi əməliyyatları uduzmağı ilə barışan Ermənistan noyabrın 10-da Birgə Bəyanata imza ataraq işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması və torpaqlarımızın qısa müddətdə boşaldılması öhdəliyini üzərinə götürmüşdür. Bəyanatda
həmçinin, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına geri qayıtması nəzərdə tutulub.

Nazir Ermənistanın işğala son qoyaraq torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, ölkə Prezidenti cənab İlham Əliyevin sülhün tərəfdarı olaraq hərbi əməliyyatları dərhal dayandırdığını vurğulayıb. Bununla tarixi ədalətin qələbə çalaraq BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətnamələrinin icra edildiyini qeyd edib. Böyük təəssüflə bildirib ki, buna Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, habelə Ermənistanın bütün beynəlxalq humanitar hüquq və əxlaq normalarını kobud pozaraq davamlı və məqsədli şəkildə dinc əhalini, o cümlədən qadın və uşaqları hədəf almaqla 500 nəfərədək mülki insanın tökülən qanı bahasına nail olunub.

Müraciətdə Bəyanatın icrası çərçivəsində dekabrın 1-də işğal olunmuş sonuncu – Laçın rayonunun sülh yolu ilə, qan tökülmədən azad olunması ilə bağlı məlumat verilərək artıq müharibənin arxada qaldığı, ölkəmiz üçün yeni quruculuq, inkişaf dövrünün başlanıldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizi bərpa etmək üçün nəhəng işlər görülməlidir, çünki təcavüzkar düşmən Cenevrə Konvensiyasının 1977-ci il Protokolu ilə qadağan edilməsinə baxmayaraq, işğal etdiyi torpaqlarımızı viran edərək arxasında sözün əsl mənasında "yandırılmış torpaq" qoyub, o cümlədən həmin ərazilərdə xalqımızın tarixi və mədəni irsini, demək olar ki, tamamilə məhv edib.

Lakin dünyada sülhsevər, tolerant ölkə kimi tanınan Azərbaycan dövlətinin və xalqının dağıdılmış şəhərləri, kəndləri həmrəyliklə bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəyi, bölgədə qonşuluq şəraitində dinc yaşamaq üçün yaxşı imkanların, yeni təhlükəsizlik, əməkdaşlıq formatının yaranması qeyd olunub.

Ədliyyə naziri son 30 ildə Azərbaycan xalqının, o cümlədən 750 minə yaxın məcburi köçkün vəziyyətdə yaşayan soydaşlarımızın, qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacağını, bölgəmizdə bundan sonra firavanlıq və təhlükəsizliyin hökm sürəcəyinə ümidvar olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:59 20.01.2021

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

22:48 20.01.2021

Cəlilabadda qar fəsadlar törədib

21:46 20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

21:35 20.01.2021

ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”

20:36 20.01.2021

DİN-in "Telegram" kanalında yenilik - FOTO

19:55 20.01.2021

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO

18:49 20.01.2021

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

18:29 20.01.2021

Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət etdilər - FOTOLAR

18:07 20.01.2021

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

18:05 20.01.2021

Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

16:35 20.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu