BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Dövlət Komitəsindən Ruhinin ittihamlarına - CAVAB

Dövlət Komitəsindən Ruhinin ittihamlarına - CAVAB
SOSİAL
17:17 17.12.2019
3940
Tanınmış biznes-ledi, "Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini sərt tənqid edib.

Ruhi Əliyeva news24.az-a müsahibəsində bildirib ki, adıçəkilən qurum tərəfindən onun gördüyü işlərə heç bir dəstək göstərilmir:
 
"Bilirsinizmi, mən bu məsələlərdə kimisə günahlandırmaq istəmirəm. Təbii ki, mənim də o qurumdan gözlədiyim bəzi məsələlər var idi ki, onları görmədim. Hətta tədbirlərimizə dəvət etdik, ötən il tədbirimizə gənc bir nümayəndə göndərmişdilər. Əgər bizim kimi vətəndaşlar bu layihələri edir, çiynimizi bu yükün altına veririksə, çox istərdim ki, onlar da lazımi dəstək versinlər”.

Ruhi Əliyeva əlavə edib ki, onun təqdim etdiyi sosial layihələri əslində Komitənin özü etməlidir:

"Bu, bilavasitə onların işidir, bizim işimiz deyil. Bizi dəstəkləmək və alqışlamaq lazım idi, nəinki kənarda dayanmaq. Və təbii ki, mənim incikliklərim də var”.


Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib. O deyib ki, qadına şiddətə qarşı olan bütün tədbirlər təqdirəlayiqdir:

"İlk olaraq onu deyə bilərəm ki, zorakılqla mübarizə ilə 11 dövlət qurumu məşğuldur. Bundan əlavə qeyri-hökümət təşkilatlarının və ya hansısa tanınmış şəxsin bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Hər il bu sahədə tədbirlər keçirilir, maarifləndirici kampaniyalar aparılır. Bu kampaniyalarda maarifləndirmə ilə yanaşı ailələrlə də fərdi danışıqlar aparılır. 
 
Elgün Səfərov Ruhi Əliyevanın ittihamları haqda da danışıb: Biz Ruhi xanımın fikrinə hörmətlə yanaşırıq. Ancaq onu da bildirməliyik ki, qadına şidddət təkcə bizim komitənin yox, bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir. Ruhi xanımın tədbirlərində bizim bir əməkdaşımız iştirak edib. Ola bilər ki, keçirilən tədbirlər silsilə xarakteri daşıyıb və eyni anda bizim də tədbirlərimiz olduğu üçün əməkdaşlarımız iştirak etməyib. Çünki bizim heyətimiz elə də çox deyil. Burada qabardılacaq bir məqam yoxdur. Biz hər zaman məişət zorakılığı və ya uşaq hüquqlarının qorunmasına dəstək olmağa hazırıq. 
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR