04:07 Bazar Ertəsi, 26 Avqust 2019
SİYASƏT

Ermənilərin “YUNESKO hədəfləri” niyə iflasa uğradı?

16:56, 16.07.20192341
Ermənilərin “YUNESKO hədəfləri” niyə iflasa uğradı?
Ənvər Yusifoğlu

YUNESKO-nun dünya mədəni irsi siyahısına Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı "Qafqaz Albaniyası” və "Protoxristian Abidələri” məsələsini Ermənistan öz xeyrinə gündəmə gətirmək üçün yenidən fəallıq göstərməyə başlayıb. Ona görə də YUNESKO-nun Bakıda keçirilən toplantısını "dünya mədəni irsinə münasibətin təhqir olunması” kimi qələmə verməyə çalışılır. Culfadakı Qafqaz Albaniyası və protoxristian maddi-mədəniyyətinin irsini süni şəkildə qabartmaqla əsas hədəflərini yayındırmaq taktikasını seçsə də, artıq Ermənistana, nə də onların göz yaşlarına inanan yoxdur.

Protoxristianlıq və Qafqaz Albaniyası

Xristianlığın yaranışı və keçdiyi yol əsasən üç böyük mərhələdən ibarətdir: protoxristianlıq, klassik xristianlıq və müasir xristianlıq. "Qafqaz Albaniyası” tarixi və maddi-mədəni irsi ilkin və orta çağları özündə birləşdirən möhtəşəm tarixi dövr sayılır. Ermənilərin XIX yüzillikdə Çar Rusiyası tərəfindən Qafqazda məskunlaşdırılmasından başlayaraq Anadolu və Güney Azərbaycanın Urmu bölgəsindəki protoxristian maddi-mədəni irsinə, həmçinin "Qafqaz Albaniyası” tarixinə iddialar sərgilənməkdədir.

Ermənistan Culfa rayonu ərazisində protoxristian məzarları və kilsələri heç bir əsas olmadan "erməni maddi-mədəniyyəti və tarixi” kimi qələmə verir. Bu məqsədlə Culfa rayonu ərazisindəki 29 abidəni "erməniləşdirmək” adı ilə beynəlxalq birliyi aldatmaq taktikasından istifadə etməyə çalışır. Halbuki Culfa, Ordubad, eləcə də Qarabağdakı protoxristian abidələri, Qafqaz Albaniyasına məxsus kilsələr strukturalizm, sakral forması, monofizik standartı, dekorativ memarlıq prinsiplərinin heç birində erməni izi yoxdur. Culfa rayonu, eləcə də Azərbaycanın digər bölgələrində (Tovuz, Gədəbəy, Daşkəsən, Samux, Kəlbəcər, Goranboy, Tərtər, Əsgəran, Şuşa, Xocalı, Xocavənd, Şəki, Qax, İsmayıllı, Oğuz, Qəbələ) protoxristian dövrünə aid məzarlar qədim türk memarlıq ənənələrinin davamıdır. Bu "BALBAL” mədəni irsindən ibarətdir. Türk xalqlarının Gök Tanrı, Buddizm, Xristianlıq, İslam, İudaizm və digər dinlərə inanclı olmalarına baxmayaraq, hər dinin sakral şərtləri çərçivəsində ana xətt kimi əski inanc kultunun izləri yaşamaqda davam

edir. Culfadakı erkən xristian məzarlarının struktural forması məhz BALBAL mədəniyyətinin davamıdır. YUNESKO kimi beynəlxalq təşkilatı təhdid edən, bu ali qurumun qəbul etdiyi qərarlara "şübhə toxumu” səpməyə çalışan Ermənistan unudur ki, qurum tərəfindən hər hansı bir qərar verilirsə və ya hansısa addımlar atılırsa, öncə bu barədə çoxsaylı ekspertlərin rəyləri nəzərə alınır. Ermənilərin Qarabağa və ətraf bölgələrə sahib çıxa bilməməsinin səbəblərindən biri də "Qafqaz Albaniyası” tarixinin onlara məxsus olmamasıdır. Bu istiqamətdə həm Azərbaycan alimləri, həm də beynəlxalq birliyin adından çıxış edən nüfuzlu qurumlar və tanınmış mütəxəssislərin göstərdiyi iradənin müstəsna əhəmiyyəti vardır. Buna görə də uzun illərdir ermənilərin apardıqları təbliğatların heç bir faydası yoxdur.

"İsfəhan Erməni Kilsəsi”nin provakasiyaları

2005-ci ildən etibarən Cənubi Azərbaycanın Culfa şəhərində Qafqaz Albaniyası tarixi irsinə aid kilsəyə "İsfəhan Erməni Kilsəsi” nümayəndə təyin edir. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı protoxristian məzarlarla bağlı xüsusi dosye hazırlamağa başlanır. İran Erməni Yeparxiyasının rəhbəri Nşan Topuzyan bu "kəşfiyyat materialları” əsasında Ermənistana "hesabatlar” ötürmək üçün bir sıra addımlar atır. Bunun üçün "Aram Vruyurun arxivi”, "Aqram Ayvazyanın arxivi” və digər inandırıcı görünə biləcək sənədlər hazırlanır. Hətta Culfa rayonunun ərazisinə xüsusi olaraq turist sifəti ilə gedərək videoçəkilişlər aparan İran vətəndaşları ermənilərin onlara verdikləri tapşırıqları həyata keçirirlər. Guya Culfa ərazisində 100-dən çox Azərbaycan əsgəri "qədim erməni məzarları”nı dağıdır və sonra da həmin daşları Araz çayına atırlar.

"İsfəhan Erməni Kilsəsi” tərəfindən hazırlanmış hesabatda qeyd olunur ki, 1997-2005-ci illər aralığında Naxçıvan ərazisində orta əsrlərə aid 89 kilsə, 5840 xaç daş, xristian tarixi ilə bağlı 28 min abidə tamamilə dağıdılıb. Bu da öz növbəsində 1970-ci ildə dünya maddi-mədəni irsi ilə bağlı qəbul edilmiş beynəlxalq konvensiyaların pozulması deməkdir. "İsfəhan Erməni Kilsəsi”nin hazırladığı dosyedə o da iddia olunur ki, Culfa rayonu ərazisində orta əsrlərə bağlı 3 mindən çox xaç daş abidələri olubdur. Halbuki "İsfəhan Erməni Kilsəsi”nin Azərbaycan Respublikası və eləcə də Naxçıvan ərazisindəki protoxristian abidələrinə aidiyyatı yoxdur və bu tarixi miras Azərbaycan xalqının qədim qıədim maddi-mədəni irsinin bir parçasıdır.

Saxtakar "tarixçi-dissident” Arif Yunusun böhtanları

Ermənilərin Azərbaycana qarşı "ekspansionist” siyasətini hər zaman müdafiə edən Arif Yunus (Leyla Yunusun həyat yoldaşı) özünü gah "konfliktoloq”, gah da "tarixçi-dissident” kimi qələmə verməklə dövlətimizə qarşı siyasət yürüdən bütün güclərin yanında olduğunu heç zaman gizlətməyib. Onun antimilli görüşləri ermənilərlə üst-üstə düşdüyü üçün, əvvəllər olduğu kimi, indi də həmin məqsədlərə xidmət edən addımlarını atmaqda davam edir. YUNESKO-nun son toplantısında ermənilərin uzun müddətdir bu beynəlxalq təşkilatın vasitəsilə həyata keçirmək istədikləri niyyətləri tamamilə iflasa uğradı. Şəki şəhərinin simasında Qafqaz Albaniyası və erkən xristian maddi-mədəni irsinin əsil sahibi Azərbaycan dövləti və xalqı olması bir daha təsdiqləndi. Arif Yunusun yenidən ermənilərə olan "sevgisi” izhar oldu. Uzun illərdir "erməni çörəyi” yeyən Arif Yunus kimilərini önə çəkməklə Azərbaycan dövlətinin imicini ləkələməyə çalışırlar. Halbuki YUNESKO kimi beynəlxalq nüfuza malik olan təşkilatın əsil işi tarixi həqiqətləri dünyanın tanınmış mütəxəssisləri ilə birlikdə təsdiq etmək missiyasını həyata keçirməkdən ibarətdir. "Məzlum”, "soyqırıma məruz qalmış icma”, "xristian həmrəyliyi” və digər epitetlərin heç birinə bu gün kimsə inanmır. Çünki, XXI əsrin öz xarakteri və standartları vardır. Ermənilər və arifyunuslar da buna görə məğlub olurlar.

"Tarixçi-dissident” Arif Yunusun dedikləri artıq boğazdan yuxarı demaqogiya kimi qəbul edilir. Çünki, onun "Azərbaycanda xristian abidələrinə qarşı genosid siyasəti yürüdülür” iddiası beynəlxalq ekspertlər tərəfindən qətiyyətlə rədd edilib. Hətta bu istiqamətdə yaradılan”culfa.com”, "pandukht.livejournal.com” və digər resursların irəli sürdükləri əsassız iddialar artıq iflasa uğramaqdadır.

2010-cu il dekabrın 9-da Ermənistanın BMT-dəki nümayəndəsi Karen Nazaryan qurumun baş direktoruna təqdim edilmiş sənəddə

İsveçrə-Ermənistan parlament qrupunun 2006-cı il oktyabrın 17-də YUNESKO-ya Culfa rayonunun Cuğa kəndindəki "erməni mədəni irsi”nin azərbaycanlılar tərəfindən məhv edilməsi barədə müraciət edildi. Bu sənədə İsveçrə, Fransa, Kanada, İngiltərə, Yunanıstan, Belçika və Rusiyadan olan deputatları ermənilər tərəfindən aldadılaraq imza atdırlarını bildirmişdilər. Ermənistan hökuməti hətta Avropa Birliyi Parlamentinin binasında "Culfada erməni qəbirlərinin dağıdılması” barəsində film nümayiş etdirmişdi.

Ermənilərin daş qəbirləri ilə bağlı iddialarının heç bir elmi və hüquqi əsası yoxdur. Çünki Qafqazda və Azərbaycan Respublikasının ərazisindəki protoxristian və xristian qəbirlərinin təzahürü üç dövrü əhatə edir: Bu, lX-Xlll əsrlər, XlV- XV əsrlər və XVl əsr - 1605-ci ilədək olan dövrlərdən ibarətdir. Belə olan halda Naxçıvanın tarixən Ermənistan ərazisi olması və ermənilərə məxsus qəbiristanlığın salınması heç bir həqiqətə uyğun gəlmir. Hələ Çar Rusiyası dövründə "Zaqafqaziya Mülki İdarəsi” tərəfindən 1901-ci ildə Tiflisdə nəşr olunmuş məcmuədə ermənilərin 1829-cu ildə İrandan köçürülərək Naxçıvan, daha sonralar İrəvan və Qarabağda yerləşdirilməsi haqqında geniş məlumat bilgilər verilib. Bir çox elmi mənbələrdə erməni alimlərinin alban mədəniyyətini məhv etmək və ya öz adlarına çıxmaq üçün alban tayfalarına məxsus qəbir daşlarını erkən dövr xaç daşları kimi təqdim etmələri yer almışdır. Alban tarixçilərindən Moisey Kalankatli, Mxitor Qoş, Kirakos Gəncəlinin əsərlərində, erməni katolikosu Ayraminin Qafqaz albanlarına məktubunda xristianlığın ermənilərdən xeyli əvvəl Qafqaz albanları arasında geniş yayıldığı qeyd edilir. Tarixi faktlar sübut edir ki, ermənilər albanlardan 270 il sonra xristianlığı qəbul etmişlər. Əslində Qafqaz Albaniyası tarixi qədim türklərin dövlət idarəetmə sisteminin bir nümunəsidir. Çünki, xanədan dövlət modeli həm də dövlətin adı ilə eynilik təşkil edir. Alban dövrünə aid olan maddi-mədəni abidələrin sənət dili ermənilərin iddialarını tamamilə darmadağın edən əlahəzrət faktorlardan biridir. Qafqaz Albaniyasının siyasi və coğrafi tarixi indiki Şimali Azərbaycan( o cümlədən Naxçıvan) ərazilərini tamamilə əhatə etdiyi üçün ermənilərin iddiaları iflasa uğrayır. YUNESKO-nun Bakı toplantısı bir daha sübut etdi ki, ermənilərin və Ermənistanın Azərbaycanın Qarabağ və Naxçıvan ərazilərinə iddialarının heç bir tarixi və hüquqi əsası yoxdur.


XƏBƏR LENTİ