06:39 Cümə, 15 Dekabr 2017
Maqazin

Faiq Ağayev Ədalət Şükürovu biabır etdi: "O özü üçün danışır"

15:03, 20.09.2017399
Faiq Ağayev Ədalət Şükürovu biabır etdi:

Xalq artisti Faiq Ağayev "APA TV”-nin "Show time” verilişinin qonağı olub. 

 

AZXEBER.COM-un məlumatına görə, F.Ağayev əməkdar artist Ədalət Şükürovun "Azərbaycanda konsertdən qazanan müğənni yoxdur" fikrinə münasibət bildirib: "Ədalət ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri var. Biz müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli pul qazanıram. Söhbət Ədalətdən getmir, Ədalət yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayanlardır. Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də olar". 

 

Xalq artisti hesab edir ki, Azərbaycanda konsert keçirməyin problemi tərəflərindən biri hər bir işlə müğənninin özünün məşğul olmasıdır: "1991-ci ildən bəri bununla məşğul olduğum üçün artıq mənə asandır, çünki işi bilirəm".

F.Ağayev zalı dəvətnamə ilə dolduran müğənnilərə də münasibət bildirib: "Elə insanlar deyəndə ki, zalda anşlaq yığmışam, adamın gülməyi gəlir".

 

Qeyd edək ki, Ə.Şükürov Lent.az-a müsahibəsində bildirmişdi ki, Azərbaycanda konsertdən gəlir əldə edən müğənni yoxdur: "Mən Azərbaycanda konsertdən pul qazanan müğənni tanımıram. Əgər bunu kimsə deyibsə, bilin ki, yalan deyir”. 

0
XƏBƏR LENTİ