FHN: Goranboyda meşədə başlayan yanğın söndürülüb

SOSİAL
18:45 30.10.2020
321

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən AZXEBER.CM-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

OXŞAR XƏBƏRLƏR