00:17 Bazar Ertəsi, 20 May 2019
GƏNCLİK

“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də

17:24, 22.04.20194644
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də
UNEC Tədqiqat Fondu və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər həyata keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərin gənclər ordusuna təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova qonaqları və tədbir iştirakçılarını salamalayaraq bildirdi ki, ölkə gənclərimiz üçün bu cür layihələrin həyata keçirilməsi olduqca önəmlidir. Həmçinin, qeyd etdi ki, universitet tələbələrinin onlara ayrılan imkanlardan səmərəli istifadə etməkləri üçün hər bir şərait yaradılmışdır.

Sonra UNEC Tədqiqat Fondunun layihə koordinatoru Ayşə Məhərrəmova Fondun fəaliyyəti haqqında məlumat verərək, tələbələri gələcək layihələrdə birgə əməkdaşlıq etməyə dəvət emişdir. O, bildirdi ki, Fond bu günə qədər bir sıra uğurlu layihələrin icrasına imza atmışdır və bu işdə gənclərin əməyi danılmazdır. A.Məhərrəmova bu layihənin icrası tələbələrin həm iqtisadi, həm də hüquqi cəhətdən məlumatlandırılmasında önəmi rol oynadığını qeyd etdi.

Tədbirin davamında Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi Mərkəz və layihənin məqsədi haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. F.Həsənzadə bildirdi ki, bu təlimlərin keçirilməsində məqsəd idarətmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirilməsidir.

Tədbiri Fəxri Ağayev və Rövşən Nəcəfov təlimləri ilə davam etdirmişdirlər.

Qeyd edək ki, "Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.
 

 

 

 

 


XƏBƏR LENTİ