17:45 Bazar Ertəsi, 17 Fevral 2020
SOSİAL

Gəncədə 15 yaşlı yeniyetmə qaçırdığı maşını ağaca çırpıb

22:23, 17.01.20203408
Gəncədə 15 yaşlı yeniyetmə qaçırdığı maşını ağaca çırpıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Ələsgərov Aqil Zahid oğlu qaçırdığı "VAZ 21099” markalı avtomaşını ağaca çırpıb. Qəza nəticəsində A.Ələsgərov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
XƏBƏR LENTİ