xari

Gənclər Fondu təhsildə fərqlənən tələbələrin təhsil haqlarını qarşılayacaq

TOP4
13:14 05.11.2020
705

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilmiş, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Qeyd edilməlidir ki, artıq üçüncü dəfə keçiriləcək müsabiqə əsasında Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə 664 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanmışdır.

Müsabiqə zamanı tələbənin təhsil göstəriciləri, həmçinin ictimai fəallığı əsas götürülərək aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

· Milli qəhrəmanların övladları;

· Əlil gənclər;

· Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

· Valideynlərindən biri əlil olan (I,II qrup) gənclər;

· Aztəminatlı ailədən olan gənclər.

Müraciətlərin qiymətləndirilməsi zamanı ali təhsil müəssisələri və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaqdır.

Maliyyələşmə 2019-2020 və ya 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin qarşılanmasını nəzərdə tutur.

Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı (www.youthfoundation.az) və GəncAPP mobil tətbiqinə müraciət edilməlidir.

Müraciətlər 30 noyabr 2020-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində paylaşılacaq.

Müsabiqə ilə bağlı hər hansı suallar yaranarsa, Gənclər Fondunun rəsmi sosial media hesablarından müraciət edə və ya 012 498 95 90; 070 598 95 90 nömrələri vasitəsilə əlaqə yarada bilərsiz.

Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO