Bakıda 3 minə yaxın gənc bir araya gəldi - FOTOLAR

Bakıda 3 minə yaxın gənc bir araya gəldi - FOTOLAR
ÖZƏL
13:52 06.12.2019
5867

5 dekabr 2019-cu il tarixində "Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

AZXEBER.COM xəbər verir ki. tədbir Dövlət Himninin oxunması və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən video-çarxın nümayişi ilə başlanıb.

"Azərbaycan Könüllülük Həftəsi”nin həm-təşkilatçıları - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti diqqətə çatdırılıb, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Məlumat verilib ki, həftə çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilmiş, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil edilmiş, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirimlisidir. Ümumilikdə tədbirlərdə 10 mindən artıq gənc könüllü iştirak etmişdir.


BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin "TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

 

 


 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir
20:21 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
20:16 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
20:11 12.11.2026
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
20:06 12.11.2026
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
20:00 12.11.2026
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
19:59 12.11.2026
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR