Gülsel Səfərova: "Əslində Lizeron Budul erməni terrorunun qurbanıdır"

SİYASƏT
22:10 26.10.2020
1197
"Sentyabrın 27-sindən Azərbaycanın başladığı əks hücum, eyni zamanda informasiya müharibəsi öz əməli nəticəsini verməkdədir. Əsas məqsədimizin torpaqların işğaldan tam azad olması birmənalıdır”.

AZXEBER.COM xəbər verir ki,bunu siyasi analitik Gülsel Səfərova bildirib.Ekspert qeyd edib ki,Ermənistan tərəfindən törədilmiş terror aktı nəticəsində Gəncə şəhərinə dəymiş zərər və insan tələfatı onlarla aparıcı dünya kanalları və mətbu orqanları tərəfindən yayımlanıb və Vaşinqton post, Nyu-York Times, Eurasianet və digər ABŞ xəbər saytarında müxtəlif aspektlərdə məqalələr  dərc edilib: "Türkiyə mətbuatı burada həmişəki kimi obyektivliyi və müntəzəm şəkildə xəbər yaymaqla birincilərin birincisi oldu.  Lakin Azərbaycan haqq səsini düzgün çatdıran qərb ölkələrinin jurnalistləri ermənilər tərəfindən təhdid və təhqir edildi. Fransada fəaliyyət göstərən TF1 kanalının xanım müxbirinə çəkdiyi video-reportaja görə ermənilər hətta ölümlə hədələdilər. Jurnalist Lizeron Budul evdən çıxmır və psixoloji gərginlik keçirir. Əslində xanım erməni terrorunun qurbanıdır. Bu psixoloji terrorun nümunəsidir.  Yəqin L. Budul bunun fərqindəndir və erməni xislətinə tam agah olur. Biz isə o xanım jurnalisti və onun kimiləri müdafiə etməli və qorumalıyıq. Onlar bizim haqq səsimizin carçılarıdırlar”.

"Bugün siyasi mənzərə onu deməyə əsas verir ki, artıq heç nə 1990-ci illərdəki kimi deyil. Son 20 il ərzində Azərbaycanın beynəlxalq media ilə əməkdaşlıq səviyyəsi xeyli güclənmişdir”-deyən Gülsel Səfərova əlavə edib ki,ordumuz isə qüvvətli, cəsur və peşəkarlaşmışdır: "Vurğulanmalıdır ki, bütün bu siyasətin ssenaristi və rejissoru ümumilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevdir. Dünən ABŞ-ın FOX TV kanalına müsahibə verən Ali Baş Komandan ermənilərin yalan xəbərlərini növbəti dəfəifşa etdi, Amerika ictimaiyyətinə real vəziyyəti təhlil etdi. Birinci Qarabağ müharibəsi başlayanda o dövrdəki siyasi rəhbərlik tərəfindən xarici mediaya belə səlis və dolğun  müsahibələr verilsəydi, indiki siyasi mənzərə başqa olardı. Nikol Paşinyana gəlincə, onun dünyada imici xalqdan çıxmış jurnalist idi, bundan artıq deyil. Bir Soros məhsuludur. Lakin ikinci Qarabağ müharibəsi başlayan zamandan onun qeyri-adekvat çıxışları, işğalçı mövqeyi və heç bir ümidverici fikirləri olmadı. Hərdən jestləri ilə gülüş obyektinə çevrildiyindən də yəqin xəbəri var. ABŞ, Ukrayna, Rusiya, Türkiyə, Pakistan, İsrail ekspertləri və dövlət xadimlərinin bu barədə müsahibələri dərc olundu. 1990-cı illərdən fərqli olaraq bu dəfə alovlanmış müharibə dünyaya səs saldı. Bunun səbəbləri var: 25 ildən artıq əsası qoyulmuş dayanıqlı diplomatiya, iqtisadi göstəricilərin bu illərdə ərzində sürətlə artması, Azərbaycanın aparıcı dünya ölkələri arasında yaratdığı güvənli tərəfdaşlıq imici və Avropa ilə enerji layihələrin müsbət nəticələri”. Ekspert əlavə edib ki,
elə bir siyasi-hərbi məqama çatmışıq ki, həm diplomatiya sahəsində, həm də düzgün dövlət siyasəti nəticəsində əhəmiyyətli pilləyə gəlmişik: "Biz dünyada susqunluq nümunəsinin 30 il şahidi olduq. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Liviya və Suriya nümanəsində  anında reaksiyasını gördük. Mən təsəvvür edə bilmirəm ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi hələ daha nələr baş verərdi.. Vurğulanmalıdır ki, bu illər ərzində vətənpərvərlik ideologiyasının güclənməsində qurumlar və dövlət xadimlərinin də rolu danılmazdır. Ən böyük rol ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin payına düşür. Düşünülmüş doğru milli ideya strategiyası və onun tətbiqi cəmiyyətizin milli kimliyinin formalaşmısına təsir etmiş və psixoloji cəhətdən gücləndirmişdir. Bunun nəticəsidir ki, milli həmrəylik formalaşır və hamı Ali Baş Komandanın ətrafında birləşir. Azərbaycan öz haqq yolunda düşməndən işğalda olan torpaqlarımızı azad edir.  Ali Baş komandan İlham Əliyevi rəhbərliyi bu vətən savaşı böyük uğurla davam edir.  Əlbəttə ki, hamımız sevincli və qururluyuq. Çünki təxminən 30 il ərzində özümüz də fikir vermədən niskilli imişik, qəmgin imişik. Bu qənaətə indi gəlirəm. İndi isə insanlar yolda, nəqliyyatda, evdə gülür, sevinir və fəxarət hissi keçirir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Atalarımız demişkən, vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?..

Xalqımız rəşadətli ordumuzun Ali Baş Komandanın rəhbərlik etdiyi prosesi hər an izləyir, bütün gündəliyini tvitə bağlayır. Mənim xalqım belədir-cəsurdur, mərddir, mübarizdir, həm də mərhəmətlidir”

OXŞAR XƏBƏRLƏR