Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

SİYASƏT
11:11 30.10.2020
201

Azərbaycan bir sıra şəhərlərində mülki şəxslərə edilən hücumlarla əlaqədar Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "RİA Novosti”yə müsahibəsində deyib. 

Onun sözlərinə görə, erməni tərəfi tamamilə məsuliyyətsiz davranır və "Smerç”, "SCUD”, "Toçka-U” raketlərindən istifadə edərək hərbi cinayətlər törədir:

"Erməni tərəfi bu raketlərdən istifadə edərək qəsdən mülki yaşayış məntəqələrini, Azərbaycanın mülki əhalisini hədəf alır. Gəncədə, Mingəçevirdə, Bərdədə bunun şahidi oldunuz”.

"Azərbaycan tərəfi bütün bu faktları toplayır, o cümlədən, Azərbaycan Baş Prokurorluğu bunlarla bağlı cinayət işləri başladıb. Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində müvafiq tədbirlər görüləcək. Biz "Human Rights Watch”, "Amnesty International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarını və digər əlaqədar qurumları dəvət etmişik ki, onlar da hesabatlarını hazırlasınlar və bu beynəlxalq ictimaiyyətə təqdim edilib”, - deyə H.Hacıyev bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:11 01.12.2020

Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov

15:04 01.12.2020

Bu hərbi qulluqçular tərxis ediləcək - Prezident sərəncam imzaladı

15:03 01.12.2020

Xankəndi ilə bağlı mühüm açıqlama

15:02 01.12.2020

“Erməni bölməsindən yardım istəsək də, kömək etmədilər”

14:40 01.12.2020

Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında yeni rekord

14:38 01.12.2020

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı

14:32 01.12.2020

Paşinyanın blokundan daha bir deputat çıxdı

14:31 01.12.2020

Keşiş: "Azərbaycan tarixi və mədəniyyət abidələrini qoruyur"

14:16 01.12.2020

Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

14:05 01.12.2020

“Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki...” – Məhəbbət Kazımovun oğlu

14:03 01.12.2020

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur”

13:55 01.12.2020

"Laçın da mənim kimi azadlığa çıxdı"

13:37 01.12.2020

İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”

13:32 01.12.2020

Zori Balayanın oğlu: “Məktəbləri hərbi hissə kimi istifadə edirdik”

13:19 01.12.2020

Rusiya səfiri: “Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”

13:13 01.12.2020

Ali Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqladı