10:11 çərşənbə, 22 Yanvar 2020
SİYASƏT

İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

19:51, 05.12.20195248
İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".
XƏBƏR LENTİ