22:15 çərşənbə Axşamı, 18 Fevral 2020
SİYASƏT

İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

19:21, 14.02.20203626
İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə "Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.

AZXEBER.COM azertac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulandı ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.



XƏBƏR LENTİ