xari

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

SİYASƏT
19:32 15.01.2021
513
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. Yanvarın 15-də isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzündə olublar.

Prezident İlham Əliyev deyib:

-Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya "Çox sağ ol”, "Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.

Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.

Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir.

Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq olublar.

Prezident İlham Əliyev: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:53 01.03.2021

Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq

17:47 01.03.2021

Xaricilər 2021-ci ildə Azərbaycanda nə qədər pul xərcləyib? - RƏSMİ

17:44 01.03.2021

Paşinyana daha bir zərbə: Ermənistan Milli Elmlər Akademiyası onun istefasını tələb edir

17:42 01.03.2021

“Apple” bu il daha fərqli “iPhone” təqdim edəcək

17:39 01.03.2021

Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev

17:38 01.03.2021

Nazirlik "Bazarstor"da qanun pozuntuları aşkarladı

17:34 01.03.2021

Türkiyə ilə Qətər birgə təlimlərə başlayır

17:33 01.03.2021

Fevralda neft hasilatı azaldılıb - OPEC ölkələri yeni qərar aldılar

17:30 01.03.2021

Nikola Sarkozi həbs edildi - Korrupsiyaya görə

17:30 01.03.2021

Qanunvericiliyin tələblərinin pozan hakimlərin adları açıqlandı - RƏSMİ

17:28 01.03.2021

Ermənilər yeni terror təşkilatı yaratdı - Təlimlər keçirirlər

17:18 01.03.2021

Azərbaycandakı özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO

17:14 01.03.2021

Azərbaycanın ixrac etdiyi peyk xidmətinin nə qədər gəliri olub? - AÇIQLAMA

17:09 01.03.2021

“Holcim Azərbaycan” cərimələndi

17:05 01.03.2021

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı AÇIQLAMA

17:05 01.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı