Keşiş: "Azərbaycan tarixi və mədəniyyət abidələrini qoruyur"

Keşiş: "Azərbaycan tarixi və mədəniyyət abidələrini qoruyur"
SİYASƏT
14:31 01.12.2020
681
"Azərbaycan bütün dünyanın tarixi və mədəniyyət abidələrinə həssas münasibətin nümunəsini təqdim edir".

"Report” xəbər verir ki, bu barədə Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə müsahibəsində İtaliyanın Merano şəhərindəki Müqəddəs Nikola ortodoks kilsəsinin rəhbəri iqumen Aleksey Nikonorov bildirib.

"Ötən 27 il ərzində Azərbaycan dövləti qarşısında duran mürəkkəb siyasi, iqtisadi və s. problemlərə baxmayaraq tarixi abidələrin səriştəli, beynəlxalq ekspertləri də cəlb etmək şərti ilə səliqəli bərpasına böyük diqqət yetirib. Bu, nəinki qədim şəhərlərə, qalalara, istehkamlara, xan saraylarına, məscidlərə, həm də xristian kilsələrinə, yəhudi sinaqoqlara da aiddir”, – ruhani deyib.

O, Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO sülhməramlı səfiri olduğunu, rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Romada antik çağına aid məşhur Müqəddəs Pyer və Marselin katakomblarının bərpa edildiyini, hazırda da Müqəddəs Sebastian kilsəsində bərpa işlərinin aparıldığını xatırladıb: "İtalyan jurnalistlər müsəlman Azərbaycandakı fond nə əcəb xristian mirasa aid abidələrin bərpasına pul ayırır" sualı verdikdə Azərbaycanın birinci xanımı deyib ki, Azərbaycan Avropa və Asiya, Şərqlə Qərbin kəsişdiyi bölgədə yerləşdiyindən son dərəcədə rəngarəng ölkədir, buradakı xalqlar dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlıdır, bir çox dinlərin olması ölkənin böyük zənginliyidir. Qarabağın mədəni irsini qoruya biləcəyinə şübhə edənlər qoy Azərbaycana gəlib, bu ölkənin şəhərlərini, kəndlərini gəzsinlər, onda bütün şübhələrinə son qoyular”.

Qarabağda alban kilsə və məbədlərin erməniləşdirilməsi hallarına münasibət bildirən iqumen A.Nikonorov bildirib ki, müasir azərbaycanlılar bu regionda min illər ərzində təşəkkül tapmış xalqların varisləridir, tədricən fars və türk ünsürlərilə qaynayıb-qarışıblar, Qafqaz Almaniyası və başqa qədim dövlətlərin qanuni davamçıları, o cümlədən də bu günlərə çatan mədəni və dini abidələrin də varisləridir.

"Hələ 428-ci ildə Ermənistan dövləti süquta uğrayaraq Sasani dövlətinin məzarlığına çevrildiyindən sonrakı yüz illər ərzində ara-sıra yaranan müstəqil erməni dövlətlərinin Qarabağa dəxli olmayıb. Ona görə də həmin vaxtlar bölgədə yaradılan abidələr ermənilərin ayağına yazıla bilməz”, – ruhani diqqətə çatdırıb.

O, ərəb axınları başlayandan sonra alban dini abidələrin bərpası zamanı müəyyən erməniləşdirmə hallarının mümkün olduğunu vurğulayıb: "Lakin bu, Qafqaz Albaniyası dini və mədəni abidələrini erməni irsinə aid etmək üçün əsas ola bilməz”.

Qeyd edək ki, A.Nikonorov 2004-cü ildə Moskvada "Qafqaz Almaniyasında xristianlıq” mövzusunda disertasiya işini müdafiə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib