“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”

“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
SOSİAL
14:12 16.10.2026
149
Xəbər verdiyimiz kimi, "Tesla” şirkətinin baş icraçı direktoru İlon Mask uçmaq qabiliyyətinə malik olduğunu bildirdiyi yeni "Roadster” modelini təqdim edib. Belə avtomobillərin gələcəkdə nəqliyyatda istifadə olunması və Azərbaycanda tətbiqi məsələsi maraq doğurur.

Bəs Azərbaycanda uçan avtomobillərin istifadəsi nə dərəcədə realdır və bu nəqliyyat vasitələrinin hərəkəti üçün hansı şərtlər yaradılmalıdır?

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, uçan avtomobillərin Azərbaycanda istifadəsi barədə danışmaq hələ tezdir.

"Bu, bizim üçün hələ çox tezdir. Çünki bununla bağlı əvvəlcə Amerikada keçirilən sınaqların nəticələrini görməliyik. Biz hələ ilk mərhələdə avtonom sürüş avtomobilləri üçün hansı şəraitin yaradılacağını gözləyirik. Milli Məclis artıq avtonom sürüş anlayışını qanun layihəsinə daxil edib, yəni bu anlayış qanunvericilikdə öz əksini tapıb. İlk növbədə, ölkəmizdə avtonom sürüş zonaları müəyyənləşdirilməlidir. Bu avtomobillərin hansı standartlara cavab verməli olduğu və sürücüsüz nəqliyyat vasitələrinin hansı şəraitdə hərəkət edə biləcəyi dəqiqləşdirilməlidir. Bundan sonra düşünürəm ki, mərhələli şəkildə gələcəkdə bu texnologiyaya nail ola bilərik.

Amma hazırda bu barədə danışmaq hələ çox tezdir. Çünki biz Amerikada artıq bir neçə ildir tətbiq edilən avtonom sürüş texnologiyasından istifadə etməyə yenicə başlayırıq. Ona görə də düşünürəm ki, birinci mərhələni keçmədən uçan avtomobillərin tətbiqini müzakirə etməyə dəyməz”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, uçan avtomobillər müəyyən marşrutlar üzrə hərəkət edir və onların istifadəsi üçün zəruri şərtlər yaradılmalıdır.

"Uçan avtomobillər, təbii ki, müəyyən marşrutlar üzrə hərəkət edir və əvvəlcədən təyin olunmuş marşrutlarda operator tərəfindən idarə olunur. Bu proses nəzarət altında həyata keçirilir. Ona görə də düşünmürəm ki, burada hər hansı ciddi risklər var. Azərbaycanda artıq avtonom, pilotsuz və sürücüsüz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və daxili istifadəsi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Buna görə də qanunvericilik bazası tədricən təkmilləşdirilir. Azərbaycanda da yaxın gələcəkdə uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir.

Uçan avtomobillər üçün xüsusi marşrut xətlərinin müəyyənləşdirilməsinə, operatorların fəaliyyətinin tənzimlənməsinə və digər zəruri şərtlərin yaradılmasına ehtiyac var. Bütün bunlar zaman keçdikcə dəyişə və təkmilləşdirilə bilər”.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib